Türkiyədə keçirilən prezident və Parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb.
Musavat.com-un məlumatına görə, sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb. Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr mətbuatda açıqlanacaq.
Xarici ölkədə yaşayan Türkiyə vətəndaşlarının səsləri Ankara Ticarət Palatası Konqresinə (ATO) gətirilib. Səslərin sayılacağı Ankara Ticarət Palatası Konqresində hazırda 8 minə yaxın görəvli var.
Qeyd edək ki, ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün 60 ölkədə 123 seçki təmsilçiliyi yaradılmışdı.
Türkiyədə isə seçicilərin səs verməsi üçün 180 min 65 sandıq qurulub.
***
Bülletenlərin artıq 18 faizi açılıb.
İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 59.32 faiz səs toplayıb. Muharrem İncə 26.35 faiz səs alıb.
Meral Akşener 7.74 faiz, Selahettin Demirtaş 5.46 faiz, Temel Karamollaoğlu 0.94 faiz, Doğu Perinçek 0.18 faiz səs qazanıb.
***
Anadolu Agentliyinin məlumatına görə, 29.27 faiz səslər sayılıb. Hazırki nəticəyə görə, Ərdoğan 58 faiz, Muharrem İnce 27.55 faiz, Meral Akşener 7.53 faiz, Demirtaş 5.82 faiz, Temel Karamollaoğlu 0.94 faiz, Doğu Perinçek 0.19 faiz səs toplayıb.
***
Son məlumata görə, 33.28 faiz sandıq artıq açılıb. Ərdoğan 57.48, İncə 27.99 faiz səs toplayıb. Digər namizədlər isə səs sayına görə xeyli geri qalır.