Загрузка...

Türkiyənin Aydın vilayətinin Quşadası rayonundakı bir hotelə polis tərəfindən basqın təşkil edilib.

Oxu.Az “Hürriyet”ə istinadla xəbər verir ki, basqın hoteldə fahişəlik edilməsi barədə məlumata əsasən təşkil edilib və dörd nəfər ələ keçib.

Tutulanlardan ikisi “fahişəlik üçün yer təmin etdiyi” üçün saxlanılıb. Digər ikisi isə Azərbaycan vətəndaşı, fahişəliklə məşğul olan iki qadın olub.

Azərbaycanlı qadınlar ölkədən deportasiya edilmələri üçün Əyalət Miqrasiya Müdirliyinə göndərilib.