Загрузка...

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadıqızı şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, həyat yoldaşının ona qadağalar olur: “Yoldaşımın qısqanc tərəfləri var. Amma yerli-yersiz deyil. Hər şey çərçivədədir. Açıq-saçıq geyim geyinməyə qadağa qoyub. Onsuz da mənim açıq geyimlərim olmur. Ona görə də söz-söhbətimiz olmur. Amma açıq geyimlərə icazə vermir. Verilişlərə çıxmağıma yox demir. Çünki bilir ki, mən müğənniyəm, bu mənim işimdir. O məni də sevib, sənətimi də”.

A.Vidadıqızı ona sosial şəbəkədə yazılan “Atasının yolunu layiqli davam etdirmir” kimi şərhlərə də münasibət bildirib: “Vallah ailəm də, övladım da var. Başımı aşağı salıb gedib-gəlirəm. Mənə elə gəlir ki, bu sözləri yazanlar bizi gözü götürməyənlərdir. Sadəcə bizi incitmək istəyirlər”.

Qeyd edək ki, A.Vidadıqızı türkiyəli iş adamı ilə ailə qurub. Həmin evlilikdən bir övladı var.