Böyük Britaniyanın Liverpul şəhərində meriya maraqlı bir layihəyə start verib.
Axar.az xəbər verir ki, meriya köhnə və təmirsiz evləri yenidən bərpa etmək üçün onları 1 funta satışa çıxarıb.
Artıq bir çox ev satılıb. Onlardan birini – ikimərtəbəli evi isə keniyalı cütlük alıb.
Gənc ailə Sem və Reyçel Kamau simvolik qiymətə aldıqları evi təmir də ediblər və mənzilə köçüblər.