İngiltərədə maraqlı geyim icad edən adam medianın diqqətini çəkib. O, iddia edir ki, hazırladığı forma ilə uça bilir.
Publika.az xəbər verir ki, Riçard Brovinq adlı şəxs xüsusi kostyum hazırlayıb. Kostyumun xüsusiliyi ondadır ki, pencəyin arxa hissəsində yerləşdirilən mühərrikin köməyi ilə uçmaq olur.
Hazırlanması 53 min dollara başa gələn paltar geyim texnologiya şirkəti tərəfindən 20 milyon dollar dəyərində satışa çıxarılıb.
İngilis mətbuatı ona cizgi romanı qəhrəmanından ruhlanaraq “Dəmir Adam” ləqəbini verib.

 

53 min dollara başa gələn KOSTYUM