Kirayə mənzil bazarında durğunluq: səbəb nədir? - Video

İki həftəyə yaxındır, kirayə mənzil bazarında stabillik müşahidə edilir.

Xezerxeber.az bildirir ki, yayın sonlarında yaşanan canlanma durğunluqla əvəzlənib. Rieltorlar deyirlər ki, mənzillərə tələbat qışa doğru azalır. Ona görə də ötən ayla müqayisədə indi ev tapmaq daha asandır.

Ancaq mənzil kirayəsi bazarındakı durğunluq qiymətlərə təsir etməyib. Mənzillər elə yaydakı qiymətə təklif edilir.

Ekspertlər hesab edirlər ki, əgər mənzillərə tələbat azalmaqda davam etsə, qiymətin bir müddətdən sonra enəcəyi gözlənilir.

Ekspertlərin sözlərinə görə, hazırda bazarda istənilən qiymətə mənzil kirayələmək olar. Qiymətlər mənzillərin təmirindən və yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Statistikaya əsasən, ən çox tələbat ikiotaqlı mənzillərədir.

Rieltorlar deyirlər ki, əşyası ilə birlikdə təklif edilən mənzillər 50-70 manata qədər daha baha olur.