“Salamnyus” (SalamNews) saytının baş direktoru Rəna Əkbərova işdən çıxması ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Axar.az xəbər verir ki, jurnalist işdən çıxarıldığı haqda yayılan məlumatı təkzib edib. Xəbəri yayanlara müraciət edən R.Əkbərova sosial şəbəkə hesabında qeyd edib:
“Rica edirəm, “Salamnyus” İnformasiya Agentliyindən işdən ayrılmağımla bağlı qeyri-dəqiq xəbərləri yaymayın. Nəzərinizə çatdırım ki, mən 7 il baş direktor vəzifəsində çalışdığım agentlikdən öz istəyimlə ayrılmışam, bu addımı atmağımın səbəbi gərgin iş rejimindən yorulmağımdır. Agentliyin həm kollektivi, həm də rəhbərliyi ilə xoş münasibətdəyəm, məni işdən heç kim azad etməyib”.
Xatırladaq ki, bəzi saytlar R.Əkbərovanın işdən çıxarıldığı haqda məlumat yaymışdı.