ATV-nin prezidenti Vüqar Qaradağlı işdən çıxarıldı

Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

Report-un xəbərinə görə isə, şirkətin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və “ATV Səhər” verilişinin aparıcısı Turan İbrahimov da vəzifəsindən azad olunub.