ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp Rusiyada yaradılan “SkyGuru” tətbiqetməsi vasitəsilə təyyarə qorxusundan xilas olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, bununla bağlı Tvitter hesabında paylaşım edən Tramp təyyarədə olarkən həmin proqram vasitəsilə türbülansın öncədən müəyyən etməyin mümkün olduğunu bildirib.
Milyarder qızının bu açıqlamasından sonra sözügedən tətbiqetmə “App Store” elektron mağazasında ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, “SkyGuru” Aleksey Gervaş tərəfindən ötən ilin sentyabr ayında ictimaiyyətə təqdim edilib.