Bir neçə gün əvvəl Türkiyənin paytaxtı Ankarada avtobus sürücüsü tərəfindən təcavüzə uğrayan azərbaycanlı qadın S. başına gələnləri “Hürriyyet”qəzetinin yazarı Ayşe Armana danışıb.
BAKU.WS xəbər verir ki, ingilis dili müəllimi olan, 37 yaşlı qadın ağır travma keçirdiyi baş verənlərin təsirindən hələ də çıxa bilmədiyini söyləyib. Qadının sözlərinə görə, bu günə qədər çoxlu sayda zorlama xəbəri oxusa da bir gün onun da başına belə bir hadisənin gələcəyini heç vaxt düşünməyib.
“Kaş ki təcavüzə uğrayan zaman ölmüş olardım. Öz günahım varmış kimi utanıram. Çox adam mənim yanımda olduğumu deyir, yanlız qoymurlar. Məncə özümə nə isə edə biləcəyimdən qorxurlar. Amma özümü yanlız hiss edirəm. Sanki həyatım bitib. Çox pisəm”.
Qadın onu da bildirib ki, həmin gün havanın temperaturu -11 dərəcə olub. İşləri də gec bitib. “Saat 22.30-da evə dönməli idim. Hər zaman o dayanacağa qədər gəlir, sonra evə piyada gedirəm. Kaş ki avtobusa minməzdim, taksi ilə gedərdim. İctimai nəqliyyatın təhlükəsiz olduğunu düşündüm.
Avtobusda oturmadım. Düşəcəyim dayanacaq çox yaxın olduğundan qapıya yaxın yerdə ayaq üstə dayandım. Lakin sürücü düşməli olduğum yerdə avtobusu saxlamadı. Mən ona: ” siz hara sürürsünüz? Mən burda düşməliyəm”, -deyə qışqırdım. Lakin o, avtobusu saxlamayaraq onu qaranlıq və heç kimin olmadlığı, sakit əraziyə sürüb”.
Qadın başına gələnləri danışdıqca göz yaşlarını tuta bilməyib.
“Sürücü yerindən qalxıb boğazımdan yapışdı və huşumu itirənə qaədər məni boğdu. Biz əlbəyaxa olduq. Lakin o məndən daha güclü olduğu üçün bir müddətdən sonra mən huşumu itirdim”.
Sürücü qadının öldüyünü düşünüb, lakin bir müddət sonra iyrənc əməlindən əl çəkməyərək onu zorlayıb. Bir qədər sonra qadın özünə gələrək yalvarıb, ağladığını və çox qorxduğu üçün heç kimə söyləməyəcəyinə inaraq onu buraxıb. S özünə gəldikdən sonra polisi və təcili yardımı yaşadığı mənzilə çağırıb.
Xatırladaq ki, zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan “mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi”, – deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay “səni qayıdanda düşürəcəm” deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.
Bundan sonra sürücü saxlanılaraq ifadəsi alınıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona “təslim” olduğunu iddia edib.