4 mərtəbəli evin bütün əşyaları İtaliyadan gətirilib
Məşhur Türk aktrisası Hülya Avşar evini kirayəyə verib.
Medianews.az xəbər verir ki, kirayədən gələn aylıq 50 min lirə Londonda təhsil alan Zəhranın hesabına yatırılır. Hülya Avşar bildirib ki, Zəhra bu pula universiteti bitirənə qədər toxunmayacaq və o ev də gələcəkdə Zəhraya qalacaq.
Xatırladırıq ki, Hülya Avşar həmin evi 1997-ci ildə 2.5 milyon dollara almışdı. Kaya Çilingiroğlundan boşanan aktrısa elə həmin il-2005-çi ildə başqa bir evə köçmüşdü. Ev 150 illik tarixi binadır. Evin 8 otağı var və ümumi sahəsi 750 kvadratmetrdi.
Medianews.az