Aparıcı Nəsib Nura daha bir vəzifə verilib.
Axşam.az-ın məlumatına görə, o, “100.5 Burc FM”in direktoru təyin edilib.
Bu haqda müğənni Zamiq Hüseynov yazıb:
“Nəsib Nuru “Xəzər FM”ə direktor təyin edilməsi ilə bağlı təbrik etmişdim. Bu gün bir də təbrik edirəm. Çünki bu gündən etibarən Nəsib Nur həm “100.5 Burc FM”in direktorudur”.
Qeyd edək ki, N.Nur bir müddət əvvəl “Xəzər FM”ə direktor təyin edilib.