“Formula 1” oyunları ərəfəsində Bakıya gələcək dünyaca məşhur müğənni Enrike İqlesias azərbaycanlı sevənlərinə müraciət ünvanlayıb.
Axşam.az-ın məlumatına görə, ifaçı video çəkərək sosial şəbəkədə paylaşıb. O, pərəstişkarlarına salam göndərib:
“Salam, Azərbaycan. Bu, Enrike İqlesiasdır. Formula 1 yarışı zamanı Bakıda xüsusi şouda görüşənədək”.
Qeyd edək ki, “Formula 1” yarışları iyunun 17-dən 19-na kimi keçiriləcək. İqlesiasın konserti isə iyunun 18-də baş tutacaq.