“Bank Standard” və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar.
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə bank bazarındakı mənbə deyib. Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb.
Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll olunacaq.