qanli_grtytuyt_56878567

Brüssel hava limanında bu gün törədilən terror aktları tarixdə ilk qanlı hadisə deyil. Bundan əvvəl də terrorçular dünyanın müxtəlif ölkələrindəki hava limanlarını hədəf seçiblər. Modern.az son 15 ildə hava limanlarında baş verən terror aktlarını təqdim edir.

18 iyul 2012-ci il Burqas (Bolqarıstan) – Sarafovo hava limanında İsraildən gələn sərnişinlərin olduğu avtobus partladılıb. Altı nəfər, o cümlədən bolqarıstanlı 36 yaşlı sürücü  yerindəcə ölüb. 37 nəfər yaralanıb.

24 yanvar 2011-ci il. Moskva – Terrorçu-kamikadze Domodedovo hava limanının beynəlxalq uçuşlar üçün nəzərdə tutulan zalında özünü partladıb. Nəticədə 31 nəfər ölüb, 130 nəfər yaralanıb.

9 sentyabr 2010-cu il. Moqadişo (Somali) – Paytaxt ətrafındakı hava limanında iki partlayış qeydə alınıb. Onlardan biri hava limanı kompleksinin daxilində, ikincisi Afrika ittifaqının sülhməramlı kontingentinin hərbçilərinin mühafizə etdiyi hasarın perimetri boyunca darvazanın yanında baş verib. 8 nəfər ölüb.

5 avqust 2010-cu il. Zamboanqa (Filippin) – Bir nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Hava limanına gəlmə zonası qarşısında partlayıcı qurğu işə düşüb. Bir nəfər ölüb, 6 nəfər yaralanıb.

16 sentaybr 2009-cu il. Moqadişo (Somali ) – Somali paytaxtındakı hava limanında iki partlayış baş verib. 21 nəfər həlak olub, 40-a yaxın adam yaralanıb.

6 fevral 2007-ci il. İslamabad (Pakistan) – İki terrorçu avtomobillə beynəlxalq hava limanının VİP zonasına girməyə cəhd edib, sonradan onlardan biri binanın içərisinə daxil olmağa çalışıb, ancaq xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Naməlum şəxs atəş açıb, hava limanının mühafizəsinin əməkdaşları da atəş açmaöa başlayıblar, bu zaman terrorçu bədəninə bağladığı partlayıcı qurğunu işə salıb. Nəticədə yaraqlının özü ölüb, hava limanının 3 mühafizəçisi yaralanıb.

30 iyun 2007-ci il. Qlazqo (Şotlandiya) – Yanan minik avtomobili sərnişin terminalına girib. Maşındakılar özlərini çölə atıblar. Onların saxlanılması zamanı polis əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər. Bu insident terror aktı kimi qeydə alınıb. Çünki bundan əvvəl London polisi Britaniya paytaxtının mərkəzində saxlanılan və içərisində partlayıcı madə olan avtomobili aşkar edərək zərərsizləşdirib.

31 avqust 2007-ci il. Kabul (Əfqanıstan) – 300 belçikalı desantçının mühafizə etdiyi Əfqanıstan paytaxtındakı hava limanında terrorçu-kamikadze minalanış avtomobili binanın hərbçilər üçün nəzərdə tutulan çıxışı tərəfdə partladıb. İki əfqan hərbçisi həlak olub, 4 belçikalı sülhməramlı yaralanıb.

30 dekabr 2006-cı il. Madrid (İspaniya) – Baraxas hava limanındakı beşmərtəbəli avtomobil dayanacağı partladılıb. Partlayış dayanacağın bölmələrindən birini tamamilə sıradan çıxarıb. Ekvadordan olan bir mühacir terorun qurbanı olub, 30-dan çox adam xəsarət alıb. Bu terrora görə baskların ETA separatçı qruplaşması məsuliyyəti boynuna götürüb.

4 mart 2003-cü il. Dvao (Filippin) – Hava limanının gözləmə zalında partlayış baş verib. 21 nəfər ölüb, 150-dən adam yaralanıb. Terror aktını çantasındakı bomba ilə gözləmə zalına girən terrorçu törədib. Partlayış vaxtından tez baş vediyindən hadisə yerindən uzaqlaşa bilməyən terorçu da ölüb.

20 iyul 2003-cü ilş Bastiya (Fransa) – Hava limanının texniki ərazisinin yanında partlayıcı maddə işə salınıb. İnsan itkisi olmayıb. Binaya ciddi ziyan dəyib. Bu aksiyaya görə cavabdehliyi “Korsika milli azadlıq cəbhəsi” ekstremist təşkilatı üzərinə götürüb.

27 iyul 2003-cü il. Santandera (İspaniya) – Parayyas hava limanının binası qarşısında saxlanılan minik avtomobilinə yerləşdirilən bomba partlayıb. Binaya ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

17 noyabr 2002-ci il. Xost (Əfqanıstan) – Hava limanındakı güclü partlayış zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

24 noyabr 2002-ci il. Yohannesburq (Cənbui Afrika Respublikası) – Cənubi Afrika Respublikasındakı Qrand Sentral hava limanının binalarından birində partlayıcı qurğu işə salınıb. Partlayış zamanı bir nəfər qəlpə yaraları alıb. Partlayışın zərbəsindən şüşələr çilik-çilik olub, binanın damına da ziyan dəyib.

3 mart 2001-ci il. Banqkok (Tailand) – “Boeing-737” təyyarəsində hava limanında partlayış baş verib. Hadisə hava gəmisi uçuş zolağında havaya qalxmağa az qalmış olub. Ekipaj üzvlərindən biri ölüb, hava şirkətinin digər 7 əməkdaşı yaralanıblar. Polisin fikrincə, terror aktı bu təyyarədə uçmalı olan ölkənin baş naziri Taksin Çinnavataya qarşı yönəlib.

20 oktyabr 2001-ci il. İslamabad (Pakistan) – Hava limanında əldəqayırma bomba partlayıb. İtki olmayıb. Hava limanının mühafizəsindəki patrul polisi binanın girişinə qoyulan paket aşkarlayıb. Həmin paketdəki bomba xüsusi əraziyə aparılıb və bomba zərərsizləşdirilənlər gələnə qədər patlayıb.

4 iyun 2000-ci il. Manila (Filippin) – Sərnişinlərin gəlmə zonası yaxınlığında bomba partlayıb. Polisin mlumatına görə, partlayıcı qurğu uçuş zalına gedişdəki ayaqyolunda işə düşüb. Partlayış zalda ciddi fəsadlara səbəb olsa da, insan itkisi qeydə alınmayıb.

Загрузка...