58875

“Azərbaycana gəzintiyə gəlməmişik. Rəqibə hörmətlə yanaşırıq”.

Qol.Az-ın məlumatına görə, bunu İtaliya millisinin yarımmüdafiəçisi Sebastian Covinko ölkəsinin mətbuatına açıqlamasında deyib.

“Avro-2016”nın seçmə mərhələsində sabah yığmamızla qarşılaşacaqları oyundan danışan ABŞ-ın “Toronto” klubunun futbolçusu komandamıza ciddi rəqib kimi yanaşdıqlarını bildirib:

“Baş məşqçi dəyişikliyindən sonra Azərbaycan millisində inkişaf olduğunu bilirik. Bizi Bakıda asan oyun gözləmir. Ancaq hədəfimiz Avropa çempionatının final mərhələsinə yollanmaqdır. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmalıyıq. Azərbaycana qalib gəlməklə final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilərik”.

Uzun müddətdir İtaliya millisinə çağırılmayan 28 yaşlı futbolçu yenidən ona dəvət göndərdiyi üçün baş məşqçisi Antonio Konteyə minnətdarlıq edib: “Yenidən millidə olmaq böyük xoşbəxtlikdir. Burda olmağın özü bir qələbədir. Avropa çempionatının final mərhələsində də millinin heyətində olmaq istəyirəm”.

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.