Aktyor Əkbər Əlizadə “Günəbaxan” verilişində xalq artisti, bu gün 70 illik yubileyini keçirən Polad Bülbüloğlunu parodiya edib.
Axşam.az-ın məlumatına görə, aktyor qarşı tərəfin bu təqlidi bəyəndiyini də bildirib:
“Parodiya etdiyim insana sevgi bəsləməliyəm. 1994-1995-ci illərdə onunla ilk dəfə bir tədbirdə görüşdüm. Onda o nazir idi, mən isə balaca uşaq. Hər kəsə fərdi yanaşırdı. Bu parodiyanı Heydər Əliyev Sarayında tədbirin birində etdim. Sonra mənə xəbər göndərmişdi ki, bəyənib. Arada inciklik olmadı. Ona görə də, indi də onu parodiya edirəm. İnsanı olduğu kimi təqlid edirəm. İndi bizimkilərin çoxu parodiyaya karikatura qatırlar, amma mən belə etmirəm”.