1

Cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan sərhədçiləri tərəfindən sentyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bununla yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub.

Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Загрузка...