Ağcabədi rayonunda üç nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində “Chevrolet” markalı minik maşını ağaca çırpılıb, nəticədə Ağcabədi rayon Qaradolaq kənd sakinləri Əliyev Mahir Cəmil oğlu, Muradov Nizami Məhəmməd oğlu və hələlik adı açıqlanmayan daha bir nəfər ölüb, Quliyev Əhəd Mehman oğlu isə ağır xəsarətlər alıb.
Xəsarət alan şəxs Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.