Müğənni Sevil və Sevinc bacıları “Əzab” adlı mahnılarına çəkilmiş klipə təqdimat keçiriblər.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Nadoya, musiqisi isə Nurlan Təhməzliyə aiddir. Ekran işinin rejissoru Fərid Ağadır.
Təqdimat mərasiminə şou-biznesin tanınmış simaları – müğənni Emil Bədəlov, Yaşar Cəlilov, Xatun Əliyeva, Ayan Babakişiyeva, Elçin Cəfərov, Sevinc Ağaşirinova, Mirkamil Kamilov, Nurlan Təhməzli, prodüser Təranə Səmədova, rejissor Zorik (Zöhrab Ağayev) və başqaları gəliblər.