Azərbaycan baş nazirinin keçmiş I müavini, Rusiyada fəaliyyət göstərən “AzərRos” Ağsaqallar Şurasının sədri, Rusiya Xalqları Assambleyasının sədrinin müavini Abbas Abbasov mərhum eks-prezidenti Heydər Əliyevin vəfatının 10 illiyi ilə əlaqədar  anım yazısı ilə çıxış edib.

Modern.az xəbər verir ki, “AzərRos” təşkilatının saytında yerləşdirilən yazıda Abbas Abbasov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, eyni zamanda onunla çəkdirdiyi cavanlıq şəklini paylaşıb.

“Mən özümü xoşbəxt insan hesab edirəm, belə ki, Heydər Əliyevin yaxın tərəfdaşı və həmfikiri olaraq 12 il ərzində onun rəhbərliyi altında işləmişəm”-dey’ Abbas Abbasov qeyd edib.

A.Abbasov Heydər Əliyevin müdrik lider, ən mürəkkəb problemlərin həllində optimal yol tapa bilən rəhbər olduğunu vurğulayıb. Eyni zamanda onun möhtəşəm yumor hissinə malik şəxsiyyət adlandırıb.

“Heydər Əliyevin hakimiyyətə qayıdışının günü Milli Qurtuluş Günü kimi qeyd olunması tamamilə ədalətlidir”-deyə Abbas Abbasov qeyd edib.

Загрузка...