Rusiyanın paytaxtı Moskvada keçirilən “Kainat gözəli-2013” müsabiqəsinin qalibi bəlli olub.
ANS PRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, “Crocus City Hall”da keçirilən müsabiqənin final mərhələsində qalib adına Venesuella təmsilçisi Qabriella İsler layiq görülüb.
120 min dollardan baha olan qiymətli daş-qaşla bəzədilmiş tacı yeni dünya gözəlinin başına “Kainat gözəli-2012″nin qalibi Oliviya Kaplo taxıb. Tacla yanaşı birincilik sahibinə 250 min dollar pul mükafatı və başqa hədiyyələrdə təqdim ediləcək. Qaliblə “Miss Universe Organization” şirkəti müqavilə imzalayacaq. O bir il ərzində “Miss Universe”nin maraqlarını təmsil edəcək.
Müsabiqədə ümumilikdə 86 ölkənin təmsilçisi iştirak edib. Finala onlardan 16-ı çıxıb.
“kainat gözəli” müsabiqəsi ilk dəfə 1952-ci ildə ABŞ-da keçirilib. 1972-ci ildən müsabiqə hər il müxtəlif ölkələrdə baş tutub.
http://youtu.be/Z_oAO5o6p9M