Medianews.az
Yeni partiya sədri kimdir? -
314 baxış

Yeni partiya sədri kimdir? - Prezidentin sabiq işlər müdiri Qiyas Sadıqovun bioqrafiyası

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Xalq Partiyasının (AXP) VII (növbədənkənar) Qurultayı keçirilib. Qurultayda Pənah Hüseyn partiya sədrliyindən istefa verib, Qiyas Sadıqov AXP sədri seçilib.

Medianews.az bildirir ki, Qiyas Böyükağa oğlu Sadıqov 1960-cı ildə Sabirabad şəhərində anadan olub.

Orta təhsilini Sabirabadda, ali təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb.

1985-1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr işləyib.

Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi başlayıb. 1989-cu ildə hərəkatın Salyan rayon şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunub. 1993-cü il iyunun 26-da bu vəzifədən azad edilib.
Qiyas Sadıqov sabiq baş nazir Pənah Hüseynlə bərabər 1999-cu ilin aprelində Azərbaycan Xalq Partiyasını təsis eib. Partiya həmin ilin iyulunda rəsmi dövlət qeydiyyatına alınıb.

Pənah Hüseyn Milli Məclisin deputatı olanda Qiyas Sadıqov 2007-2010-cu illərdə onun köməkçisi (deputat köməkçisi) vəzifəsində çalışıb.

Qiyas Sadıqov 2022-ci ildən Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini idi.

Medianews.az

Bizə qoşulun