Medianews.az
Üç avtomobil toqquşdu -
58 baxış

Üç avtomobil toqquşdu - Broyler toyuqları ətrafa dağıldı

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.

Yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistiral yolda qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.

Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa səpələnib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Bizə qoşulun