Medianews.az
Ukraynada daha bir azərbaycanlı həlak oldu -
52 baxış

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusunun tərkibində döyüşlərdə iştirak edən Qasımov Samir Rasim oğlu aldığı xəsarətlərdən vəfat edib.

O, döyüşlərdə fərqləndiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın Müdafiəsi” medalı ilə təltif olunub.

S.Qasımov Ukraynanın Mukaçevo şəhərində dəfn olunacaq.

Bizə qoşulun