Medianews.az
İsmayıllıda ağır qəza -<span style=color:red> ölən və xəsarət alanlar var
103 baxış

İsmayıllıda ağır qəza - ölən və xəsarət alanlar var

İsmayıllıda avtomobil qəzası baş verib. Medianews.az APA-ya istinadən xəbər verir ki, gecə İsmayıllı rayonunda "VAZ-2107" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yolun kənarındakı obyektə çırpılıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, onun iki sərnişini - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizə qoşulun