Bir çox insanlar yumutranı necə bişirməyi bilir. Bəs görəsən əks əməliyyat, yəni bişmiş yumurtanı çiy etmək mümkündürmü?
FaktXəbər-in verdiyi məlumata görə, alimlər artıq bunu sirrini tapıblar. Bu ixtira xərçəng xəstəliyinə və bitexnoloji sənayeyə ayrılan vəsaitlərə qənaət etməyə yardımçı ola bilər.
Araşdırmaçılar çoxdardır ki, geniş istifadə spektrinə malik qiymətli zülal molekullarını istehsal etmək istəyirdilər, ancaq hər dəfə uğursuzluğa düçar olurdular, yumurtanın ağı isə formasını dəyişirdi. Bu, ilk növbədə onların strukturunun faydasız olmasına gətirirdi.
Araşdırmaçılar insan yumurtalığında və türpürcəyində olan lizosim (murimidaza) istifadə ediblər. Müəyyən əməliyyatlardan sonra onlar 90 dərəcə Selsidə yumurta ağını 20 dəqiqə qaynadıblar və onun ilk variantına qaytara biliblər.
Araşdırmanın nəticələri ChemBioChem jurnalında dərc olunub.