Türkiyənin “Bunu da danışmaq lazımdır” proqramına qonaq olan cazibədar türk model, müğənni Sevda Dəmirəl maraqlı açıqlamalar verib.
Bir zamanlar yalnız silikonlarıyla gündəmə gələn Sevda Dəmirəl keçdiyimiz günlərdə cümə söhbətlərinə qatıldığını və “Mənim əvvəl yaşadığım eşqlər, əlaqələr hekayə imiş. İndi dini söhbətlər və həyat tərzimlə çox xoşbəxtəm. Allah yolunda olmaq çox gözəldir” bildirib.
Həyatında yeni bir səhifə açdığını və seksual imicini sildiyini söyləyən Sevda Dəmirəl “Həyatımın dönüş nöqtəsi atamın ölümü ilə başladı. Həyatın nə qədər boş olduğunu anladım. Dini oxuyub öyrənməyə başladıqca əvvəlki əlaqələrimdə zina etdiyimi və nə qədər günah işlədiyimi gördüm.” deyib.
Sevda Dəmirəl daha sonra sözlərinə belə davam edib: ”Son əlaqəmdə dini nikah bağladım, amma davam etmədi. Həyatıma inanclı, namaz qılan biri girsin istəyirəm. Elə biri girsə və evlənsəm Ümrəyə və Həccə gedəcəyəm. Heç kimə qarşı nə nə incik, nə də hirsli deyiləm.”