Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2015-ci ildə vətəninə dönməyi planlaşdırır.
APA-nın məlumatına görə, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
Doğum günü münasibəti ilə onu təbrik edənlərə minnətdarlığını bildirən sabiq prezident gələn il Gürcüstana qayıtmaq niyyətində olduğunu qeyd edib.
“Məni təbrik edənlərə təşəkkürümü bildirirəm. Gələn il Gürcüstanda görüşəcəyik”, – deyə o vurğulayıb.