Ukraynanın məşhur kamera ifaçısı Qondarma Donetsk Xalq Respublikasının mədəniyyət naziri seçilib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, müğənni Aleksandr Paretski Donetsk Dövlət Musiqi akademiyasını bitirib və 2008-ci ildən bəri Donetsk filarmoniyasında çalışır.
Nazir seçilən müğənninin dekabrın 14-ü elə həmin filarmoniyada konserti nəzərdə tutulub.