“YouTube” istifadəçiləri Almaniya kansleri Olaf Şoltsu Bundestaqdakı çıxışına görə tənqid ediblər.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, buna səbəb Sara Vaqenknextin Bundestaqda çıxışı zamanı, Şolzun Ukraynaya qarşı olan siyasətindən qəzəblənib və sülh danışıqlarına çağırış etdiyi zaman Olaf Şolts telefona baxması və onun açıqlamalarına əhəmiyyət verməməsi olub.
Bir internet istifadəçisi öz fikirlərini bölüşüb:
“Şolz telefonla oynayır, bizdə heç vaxt belə təkəbbürlü kansler olmayıb”
Digər şərhçinin fikrincə, Şolts kansler olmağa layiq deyil.
“Qulaq asmaq əvəzinə telefonda oturan kansler sadəcə dözülməzdir”, – deyə üçüncüsü istifadəçi deyib.
Qeyd edək ki, bir gün əvvəl Almaniya kansleri Olaf Şolts Almaniya parlamentində hökumətin bəyanatı zamanı bir çox alman sakinlərinin Ukrayna münaqişəsinin gərginləşməsi ehtimalından narahat olduğunu bildirib.
O, Almaniya ərazisində hərbi əməliyyatların qarşısının alınmasının onun əsas prioriteti olduğunu bildirib.
Medianews.az