Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələri Müsəlman Dini Liderləri konfransında etdiyi çıxışı zamanı maraqlı tarixi faktlar səsləndirib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Amerika qitəsinin ilk dəfə 1492-ci ildə Kolumb tərəfindən kəşf edilməsi faktının düzgün olmadığını bildirib:
“Amerikanı Xristofer Kolumb deyil, müsəlmanlar kəşf edib. Kolumbdan 314 il əvvəl 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə çatmışlar. Kolumbun xatirələrində Kuba sahillərində dağın təpəsində bir məscidin varlığından bəhs edilir. Kubalı qardaşımla bunu danışdıq. O dağın təpəsində olan həmin məscid bu gün də qalıb”.