Kareliya Respublikasında gənc oğlan keçmiş sevgilisini qarət edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə keçmiş çütlüyün yenidən görüşdüyü zaman baş verib.
Qız telefonunu nəzarətsiz qoyub və oğlan bundan istifadə edib. Oğlan keçmiş sevgilisinin telefon parolunu bildiyi üçün, kilidini asanlıqla aça bilib. O, qızın kredit kartından 69 min rubl pul köçürüb.
Müəyyən məbləğin olmadığını aşkar edən qız polisə müraciət edib. Şübhəli tapılıb – 24 yaşlı oğlan oğurladığını artıq xərcləyib. Kareliya Daxili İşlər Nazirliyinin məlumatına görə, o, günahını etiraf edib və dəymiş ziyanı ödəyəcəyini vəd edib.
Faktla bağlı cinayət işi açılıb.
Medianews.az