Minsk platforması Ukraynadakı münaqişənin nizamlanması üçün danışıqlara açıqdır.
Medianews.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.
“Biz münaqişənin səbəblərini mürəkkəb və əhatəli hesab edirik. Biz dəqiq bilirik ki, bütün bu vəziyyət təhrik edilib, indi də kənardan – bundan birbaşa dividend alanlar tərəfindən şişirdilir. Nəticədə minlərlə insan, o cümlədən dinc sakinlər həlak olur. Milyonlarla insan qaçqın vəziyyətinə düşüb”, – diplomat vurğulayıb.
O, qeyd edib ki, Minskinin mövqeyi əvvəldən dəyişməzdir.
“İnsan tələfatını dayandırmalı və danışıqlara başlamalıyıq. Biz də öz tərəfimizdən bu məsələdə kömək etməyə hazırıq. Minsk platforması danışıqlar üçün açıqdır”,- deyə Aleynik vurğulayıb.
Ayşən