Sevilərək izlənilən “Mission Impossible” filmlərinin növbəti hissəsinin çəkilişləri vaxtında bitməyəcək.
BAKU.WS xəbər verir ki, buna səbəb maddi sıxıntılardır.
Çəkilişlər zamanı müəyyən problemlər yaranıb ki, bunun üçün də 23 milyon funt-sterlinq lazımdır.
Bu səbəbdən Tom Kruz “Mission: Impossible – Dead Reckoning Part Two”nun çəkilişlərini təxirə salıb.
Bəzi mənbələrdən “The Mirror”a bildirilib ki, çəkilişlər dayandırıldığı üçün heyətin əhval-ruhiyyəsi yaxşı deyil.
Hər keçən gün milyonlar itirilir.
Xatırladaq ki, ekran işinin “Dead Reckoning Part One” bölümü də Hollivud yazarlarının aclıq aksiyasına görə təxirə salınmışdı. Film bu yay bitdikdən sonra nümayiş olunacaqdı. Lakin 2025-ci ilə ertələnib.