Moldovada ABŞ dövlət katibi Antoni Blinkenin səfəri səbəbiylə səmalar təyyarələrə bağlanıb.
Medianews.az xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” Telegram kanalı məlumat yayıb.
“Moldova Blinkenin səfəri ilə əlaqədar səmanı saat 21:00-a qədər bağlayır”, – mesajda deyilir. Ölkə ərazisində təyyarələrin, helikopterlərin, hava şarlarının, deltplan və paraplanların, eləcə də dronların uçuşu qadağan ediləcək.
Blinken bu gün, mayın 29-da Moldovaya gələcək, sonra isə NATO xarici işlər nazirlərinin görüşündə də iştirak edəcək.
Medianews.az