Çindəki Huaxi kəndi dünyanın ən zəngin kəndi kimi tanınır.
Medianews.az xbər verir ki, kənddə hər kəsin bank hesabında milyonlarla pulu var və gəlir hamıya bərabər bölünür.
Lakin kənddə yaşayanları çətin vəziyyət gözləyir. Həmin şərt; kəndin rifahı üçün həftənin yeddi günü işləməlidirlər.
Çinin Huaxi kəndi dünyanın ən zəngin kəndi kimi tanınır və bu xüsusiyyəti ilə çox diqqət çəkir. 1950-ci illərin əvvəllərində Vu Renbaonun kənd kommunist partiyası komitəsinin katibi təyin edilməsi ilə başlayan proses zaman keçdikcə maraqlı bir hal alıb. 1969-cu ildə kənddə fabrik quran Renbao kənddə tekstildən polad istehsalına qədər 12 şirkət yaradıb və kəndi 1998-ci ildə Çin birjasına çıxarıb.
Fabrik yaranana qədər əkinçiliklə məşğul olan 600-ə yaxın kənd əhalisi bu iqtisadi gedişlə kənd təsərrüfatını tərk edərək sənayeyə qədəm qoyub. Kəndin yerliləri təkcə fabrikdə fəhlə sinfi kimi işləmədilər. Eyni zamanda Huaxidə yaşayan hər kəs “Huaxi Village Corporation” adlı şirkətin səhmdarları oldu. Kənddə yaradılmış bütün şirkətlərin gəlirləri ilin sonunda 20 faiz payla bütün kənd sakinlərinə paylanılır. Bu üsulla kənddə bir nəfər də olsun kasıb qalmayıb. Hər kəsin bank hesabında 250 min dollar olduğu təxmin edilir.
Hazırda Huaxi kəndində 2 min insan dəbdəbəli həyat sürür. Bununla belə, kəndlilər ciddi sosial qaydalara riayət etməlidirlər. Qumar və narkotik maddələr qəti qadağandır. Barlar, klublar, internet kafelər və karaoke zalları yoxdur.
Kəndlilərin bankdakı pullarından istifadə etmək üçün də icazə lazımdır.