Alman zabiti Rusiyaya casusluq etdiyinə görə 3 il 6 ay həbs cəzasına məhkum edilib.
BAKU.WS xəbər verir ki, kimliyi “Thomas H” olaraq açıqlanan hərbçi Rusiyanın Berlindəki səfirliyi ilə əlaqə saxlayaraq məxfi hərbi məlumatları ötürməkdə ittiham edilib.
2023-cü ilin avqustunda Koblens şəhərində (Almaniyanın qərbində yerləşən şəhər) polis tərəfindən həbs edilən hərbçinin silah təlim sistemləri və təyyarə texnologiyasının fotolarını paylaşdığı iddia edilir.
Düsseldorf məhkəməsində hakim qarşısına çıxan “Thomas H” Rusiyaya informasiya ötürdüyünü etiraf edib.
54 yaşlı zabit bunun “axmaq fikir” olduğunu və əməlindən peşman olduğunu bildirib.