Türkiyənin Burdur vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az lent.az-a istinadən bildirir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Burdur-Fethiye magistralında baş verən qəzada yük maşını ilə minik avtomobili toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Həyatını itirən cütlüyün axşam saatlarında keçiriləcək nişan mərasimi üçün alış-verişdən qayıtdıqları bildirilib.