“Ukraynada müharibəyə son qoymaq üçün Rusiyanı diz çökdürmək lazımdır”.
Medianews.az xəbər verir ki, bu barədə Estoniya prezidenti Alar Karis deyib
“Biz Rusiyanı və Putini diz çökdürmək üçün əlimizdən gələni edəcəyik. Həmin vaxt Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi müzakirələr başlaya bilər”, – Karis bildirib .
Karis Putinin gedişindən sonra Rusiyanın tez dəyişəcəyinə şübhə etdiyini bildirib.
“Mən buna həqiqətən inanmıram. 1990-cı illərin əvvəllərində Rusiyanın şansı oldu, amma hər şey başqa cür getdi. Ola bilsin ki, nəsə baş verənə qədər daha bir neçə Rusiya liderinə dözməli olacağıq”, – Karis deyib.
Prezidentin fikrincə, Qərbdən Rusiyaya daimi təzyiqlər lazımdır ki, hətta adi ruslar belə başa düşsünlər ki, nəsə etmək lazımdır.
Ayşən