Moskvanın Vnukovo hava limanının sərhədçiləri rusiyalı qadının beynəlxalq pasportunu əlindən alıblar və soyadının yazılışında “Y” hərfi olduğuna görə onu ölkədən buraxmayıblar.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, aydın olur ki, moskvalının sənədində Dedenyova soyadı göstərilib, miqrasiya qeydiyyatı sistemində isə o, Dedeneva kimi qeyd olunub. Nəticədə səyahətçinin beynəlxalq pasportu əlindən alınıb və o, Türkiyədəki tətilindən məhrum olub.
Qadın bildirib ki, ondan əvvəl beş nəfərdən ibarət ailə də oxşar vəziyyətlə üzləşib.
Medianews.az