“Biz Rusiya sülhməramlılarının Cənubi Qafqaz regionunda daha dinc və sabit vəziyyətə sərmayə qoyduğunu göstərən heç nə görmədik”.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.
Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün səylərini qətiyyətlə dəstəkləyir.
“Bu prosesə töhfə verməyə davam etməyə hazırıq”, – deyə Patel bildirib.
Ayşən
Medianews.az