“İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım”
Müğənni Ayan Babakişiyeva Ailəm.az-ın “O…” layihəsində sualları cavablandırır.
– Evlilik, yoxsa subaylıq?
– İkisi birində.
– Ailə, yoxsa karyera?
– Ailə.
– Ana olmaq, yoxsa olmamaq?
– Əlbəttə ki, ana olmaq.
– Gəncə, yoxsa Bakı?
– Gəncə.
– Məşhur olmaq, yoxsa olmamaq?
– Olmamaq.
– “Dodge”, yoxsa “Nissan”?
– “Toyota”.
– Avtomobili daha yaxşı kim idarə edir: kişi, yoxsa qadın?
– Baxır, hansının kefi yaxşıdır.
– Hansı istirahəti seçərdiniz: serial, kino, yoxsa kitab?
– Kitab.
– “Instagram”, ya klassik fotoalbom?
– “Instagram”
– Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?
– Heç biri.
– Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?
– Yalan, yalan, yalan. Çünki hər şey yalandan başlayır.
– Qadınlar üçün ideal evlilik yaşı hansıdır?
– İdeal heç nə yoxdur.
– Daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi ilə?
– Qadınla.
– Aktrisalıq, yoxsa müğənnilik?
– Müğənnilik.
– Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?
– Heç biri. Çünki sevgilim yoxdur. (gülüş)
– Xoşbəxt olmaq üçün nə lazımdır?
– Sadəcə xoşbəxt olmaq lazımdır.
– Sizi ən çox hansı sual bezdirir?
– Şəxsi həyat barədə verilən suallar.
– Kimin yerində olmaq istəyərdiniz?
– Elə öz yerimdə olsam məsləhətdir.
– Nəyə görə peşmanlıq çəkirsiniz?
– Peşman olsam, yaşaya bilmərəm. Heç nə üçün.
– “İndiki ağlım olsaydı…” – cümlənin davamını necə bitirərdiniz?
– İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım.