Dünya şöhrətli kinoulduzlar Brüs Uillis və Demi Murun kiçik qızları valideynlərini yeni fotoları ilə “sevindirib”. ANS PRESS-in məlumatına görə, narkotik və spirtli içkilərə asılılıqdan qurtulmaq üçün yerləşdirildiyi reabilitasiya mərkəzindən yeni çıxan Tallula Uillis Instagram səhifəsində çılpaq fotosunu paylaşıb.
20 yaşlı Tallula bu yaxınlarda 23 yaşlı bacısı Skautla birlikdə soyunaraq su dolu vannanın içində oturub çəkdirdikləri fotonu da sosial şəbəkədə paylaşmışdı. Cütlüyün kiçik qızı dünən çılpaq “selfi”sini ictimaiyyətlə paylaşmaqla onlara növbəti “hədiyyəsini” edib.
Kiçik Uillis vanna otağındakı güzgünün qabağında çılpaq dayanaraq özünü çəkib. Başında Mikki Maus papağı olan 20 yaşlı qız sinəsini əli ilə gizlədib.
Xatırladaq ki, Tallula ilk dəfə 17 yaşında spirtli içki qəbul etdiyi üçün həbs edilmişdi.
http://s019.radikal.ru/i602/1409/22/1b0153d17473.jpg
http://s017.radikal.ru/i424/1409/58/9abdc071c869.jpg
http://s019.radikal.ru/i617/1409/c2/45a1ade6ecbd.jpg