Bu barədə Medianews.az-a o özü məlumat verib.
Qeyd edib ki, Azərbaycandan, bu kibetəhlükəsizlik üzrə beynəlxalq tədbirdə öz bacarıqlarını nümayiş etdirmək üçün təklif alan ilk Azərbaycanlıdır.
Həmçinin, İlkin Cavadov Birləşmiş Ərəb Əmirliklərində keçirilən EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən olan “Gisec Global 2023″də [https://www.gisec.ae/speakers-2023 ] iştirak etmişdir.
İlkin Cavadov Azərbaycanın ilk Beynəlxalq Etik Xakeridir. O, Alman Silahlı Qüvvələrindən[https://www.bundeswehr.de/de/security-policy/vdpbw-coin ] (Hall of Fame) VDPw Medalı və təşəkkür məktubu almış 18 etik hakerdən biri, həmçinin adı “Şərəf'” lövhəsinə adı yazılan ilk azərbaycanlıdır. Həmçinin Dünyada çox nadir olan Böyük Britaniyanın Müdafiyə Nazirliyindən Medal və Təşəkkür məktubu almış yeganə Azərbaycanlı Etik Hakerdir.