ABŞ-ın Kaliforniya əyalətinin qubernatoru olan Avstriya əsilli Amerikalı aktyor Arnold Şvartsenegger gözlənilməz etiraf edib.
Medianews.az xəbər verir ki, O, 2003-2011-ci illər arasında gəncliyində bədən quruluşunu formalaşdırmaq ilə məşğul olduğu üçün ailəsi ilə çətin günlər keçirdiyini açıqlayıb.
Belə ki, 75 yaşlı aktyor gənc olanda otağında qadın şəkilləri yerinə çılpaq kişi rəsmləri olduğu üçün ailəsi onun homoseksual olduğunu düşünürdü. Anasının düşüncələrdən necə narahat olduğunu izah edən Şvartsenegger, Netflix-də yayımlanacaq “Arnold” sənədli filmində valideynlərinin onun cəzbedici bədən quruluşuna sahib olmaq xəyallarına qarşı çıxdığından bəhs edib.
Aktyor 1960-cı illərdə “Herkules” rolunu oynayan tamaşada məşhur bodibilder Reg Parkı gördükdən sonra Avstriyanın Thal şəhərindəki kiçik qəsəbəsində həyatının necə istiqamət dəyişdiyini vurğulayıb:
“Mən bu bədənə o qədər heyran oldum ki, onu ağlımdan çıxara bilmədim”.
Medianews.az