İzmirdə qızı Zeynep Vuralı boğaraq öldürmək ittihamı ilə həbs edilən Ayşe Vuralın hökmü apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib.
Medianews.az xəbər verir ki, 17 may 2021-ci ildə Buca Polis İdarəsinə gələn Ayşe Vural qızını öldürdüyünü bildirərək təslim olub.
Məlumata görə, Laleli Məhəlləsindəki evə gedən polis əməkdaşları Zeynep Vuralın cəsədi ilə qarşılaşıb. Zeynəbin boğularaq öldürüldüyü müəyyən edilib.
Nəzarətə alınan Ayşe Vural həbs edilib. O, 18 il 4 ay azadlıqdan məhrum edilib.
Medianews.az