Balaların yenot heyvanına məxsus olduğu güman edilir
Şabranın Qələgah kəndində qəribə heyvan tapılıb.
ANS TV-nin məlumatına görə, qəribə heyvan balalarını ilk olaraq kəndin 15 yaşlı sakini Müslüm Müslümov görüb. Ana heyvan və 1 balası qaçmağa müvəffəq olsalar da, onlar 3 balanı tutub evə gətiriblər.
Müslüm artıq 20 gündən artıqdır ki, adını bilmədiyi vəhşi heyvanın 3 balasını həyətindəki qəfəsdə saxlayıb, onları müəyyən ərzaq və qurbağalarla qidalandırıb. Heyvan balalarını daha saxlaya bilmədiyini deyən Müslüm Müslümov ANS-dən kömək istəyib.
Biz isə heyvanların yanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi idarəsinin rəisi Hüseyn Adıgözəlovla getdik. Şöbə rəisi də heyvan balalarının hansı cinsə mənsubluğu və adı barədə məlumatsız olduğunu bildirdi.
Təxmini olaraq yenot olduğu hesab edilən 3 bala mütəxəssislərin baxış keçirməsi üçün Xızıdakı Altıağac Vəhşi Təbiətin Bərpası Mərkəzinə göndərilmək üçün qəfəsə qoyuldu