İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanının yenidən aktivləşməsi və lava və kül püskürməsindən sonra bölgədəki bütün uçuşlar ləğv edilib.
Medianews.az xəbər verir ki, İtaliyanın Siciliya adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Etna dünən yenidən fəaliyyətə başlayıb.
Vulkanın külü bölgəyə çatdığı üçün vulkanın yaxınlığındakı Kataniya-Fontanarossa hava limanında bütün uçuşlar dayandırılıb. Aeroport rəsmiləri təhlükəsizlik təmin olunmayana qədər uçuşların həyata keçirilməyəcəyini açıqlayıb.
Avropanın ən böyük və ən aktiv vulkanı kimi tanınan Etna vulkanı ən son 1992-ci ildə 3 min 330 metr hündürlükdə püskürüb.
Medianews.az