Medianews.az xarici mediaya istinadla xəbər verir ki, ötən gecə 6 və 3 yaşlı iki qardaş oyuncaq maşın almaq üçün atalarının avtomobilini qaçırıblar.
Ətrafdakı sürücülər avtomobilin nəzarətsiz idarə edilməsi barədə polisə məlumat veriblər.Daha sonra qardaşlar qəza törədərək avtomobili ağaca çırpıblar.
Polis , qəzada avtomobili idarə edən uşağın yüngül xəsarət aldığını, qardaşının isə sağ-salamat xilas olduğunu bildirib.
Medianews.az